Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Xalq artisti Ağaxan Abdullayevin 70 illiyinə həsr olunmuş tədbir keçirlib

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Xalq artisti Ağaxan Abdullayevin 70 illiyinə həsr olunmuş tədbir keçirlib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın xalq artisti, görkəmli muğam ustadı Ağaxan Abdullayevin 70 illiyinə həsr olunmuş “Səs üstündə köklənmiş ömür” adlı tədbir keçirilib.
Əvvəlcə multimedia mütəxəssisi Ülviyyə İsayeva muğam ustadı Ağaxan Abdullayevin həyat və yaradıcılığından, muğamın sirlərindən danışıb.
Sonra Sumqayıt Musiqi Kollecinin müəllimlərinin ifasında Ağaxan Abdullayevin repertuarından muğam parçaları dinlənilib, sənətkarın yaradıcılığından bəhs edən video çarx nümayiş edilib.
Tədbir oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər