Sumqayıtın mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirlər keçirilib.
Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin kütləvi – ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova açıb, dahi şairin həyatı və yaradıcılğı haqqında geniş məlumat verib. Sonra mövzu ilə əlaqədar məruzələr dinlənilib. Daha sonra 27 saylı tam orta məktəbin şagirdi Roza Xəlilova Nəsiminin qəzəllərini söyləyib. Sonra Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Abbasxan Abbaszadənin Nəsiminin qəzəllərindən ibarət hazırladğı kompozisiya tədbir iştirakçılarına təqdim olunub.
Nizami Gəncəvi adına Kitabxana Klubda “Dünyanı sözlə bəzəyən həqiqət aşiqi” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək içtimai birliyinin üzvləri ilə birlikdə hazırlanıb. Əvvəlcə Nizami Gəncəvi adına Kitabxana Klubun müdiri Zərnigar Babayeva tədbir haqqında oxuculara məlumat verib. Sonra oxucular Nəsimin qəzəllərindən nümunələr söyləyıb, “Nəsimi” filmindən fraqmenti canlandırıblar. Sonra Nəsimi haqqında videoçarx nümayiş olunub, “Cahana sığmayan şair” adlı kitab sərgisi haqqında xülasəsini verilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti



Sumqayıtın mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Oxşar xəbərlər