ABŞ xüsusi nümayəndəsini Ankaraya göndərdi

ABŞ xüsusi nümayəndəsini Ankaraya göndərdi ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri Ankarada rəsmi səfərdədir.
Amerikalı nümayəndə heyəti ilə birlikdə Esenboğa hava limanında təyyarədən enən diplomat jurnalistlərin suallarını cavablandırıb. Türkiyəli əsgərlərin İdlibdə böyük bir təhlükə ilə qarşı-qarşı olduğunu bildirən Ceffri şəhid əsgərlərə görə başsağlığı verib.
“Biz bu gün Ankaraya gəlmişik ki, Türkiyə hökuməti ilə vəziyyəti nəzərdən keçirək. Türkiyəyə mümkün olduğu qədər dəstək vermək istəyirik”, - deyə Ceffri bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər