
Jurnalda böyük verilənlərin analizindən resurs tələb edən hesablama araşdırmalarına qədər yüksəkkeyfiyyətli tədqiqat sənədləri, metodologiyalar və geniş mövzuları əhatə edən məqalələr dərc olunur.
“Journal of Big Data”nın əsas mövzu və kateqoriyalarına verilənlərin intellektual analizi vasitələri və metodları, vizuallaşdırılması, böyük verilənlərin texnologiyası, onlar üçün maşınöyrətmə alqoritmləri, bulud hesablama platformaları, paylanmış fayl sistemləri və məlumat bazaları, genişləndirilmiş saxlama sistemləri və s. daxildir. Jurnal elmmetrik göstəricilərə malikdir.
Tehsil-press.az