İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Computer Standards & Interfaces” (CSI) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.
“Thomson Reuters” siyahısına və Q2 sinfinə daxil olan bu jurnalda proqram təminatının keyfiyyəti, interfeys və metodları, kompüter standartları və onların tətbiqi üzrə fəaliyyəti barədə tədqiqat materialları, icmallar, qısa məqalələr dərc olunur.
CSI jurnalının əsas elmi istiqamətlərinə standartların hazırlanması və tətbiqi, informasiyanın idarə olunması, proqram təminatının keyfiyyəti, paylanmış və açıq sistemlər, şəbəkə təhlükəsizliyi sahəsində alqoritm və metodların işlənməsi, rəqəmsal alətlər üçün modelləşdirmə, testləşdirmə, analoq və rəqəmsal emal standartlaşdırması daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər