İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı ekspertiza fəaliyyətinə görə sertifikata layiq görülüb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı ekspertiza fəaliyyətinə görə sertifikata layiq görülüb AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Journal of Petroleum Science and Engineering” (Neft Elmləri və Mühəndisliyi) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
“Journal of Petroleum Science and Engineering” jurnalı “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnaldır.
“Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” hesabatına görə, bu jurnal ən yüksək Q1 sinfinə daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər