Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elmi əsərlər” məcmuəsinin 2018-ci ildə ikinci nömrəsi işıq üzü görüb. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:
Proceedings of ASMA-2
Qeyd edək ki, “Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi əsərləri” məcmuəsində yerli və xarici ölkə alimlərinin elmi məqalələri 3 dildə - Azərbaycan, rus və ingilis dillərində dərc olunur. Jurnal İSSN 2220-1025 indeksi altında təsdiqlənib, Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxildir və elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələrini dərc edir. Dörd bölmənin – Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri bölmələrinin yer aldığı məcmuənin il ərzində iki nömrəsi çapa buraxılır. Redaksiya heyətinin 6 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Çingiz Əliyev, elmi redaktoru ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Vüqar Sadıqovdur.

Kəmalə Rəhimli