BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və Cəmiyyətin digər nümayəndələri ilə görüş keçirib. BDU və “AzerGold” QSC arasında imzalanmış protokola uyğun olaraq keçirilən görüşdə illik müştərək fəaliyyət planı müzakirə olunub.
Protokola uyğun olaraq Universitetdə "AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı təqdimatın keçirilməsi, gənc mütəxəsisslər üçün "Universitetdən karyeraya uğurlu keçid" mövzusunda seminarların təşkili, Universitet tərəfindən keçiriləcək Karyera Həftəsində "AzerGold" QSC-nin əməkdaşlarının iştirakının təmin edilməsi, o cümlədən Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisasları üzrə təhsil alan tələbələrinin istehsalat təcrübəsinə göndərilməsi həyata keçiriləcək. Görüşdə həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən BDU-da təhsil alan tələbələr üçün müvafiq proqramlar üzrə master-klassların təşkili, həmçinin Universitet tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim - seminarın keçirilməsi barədə ilkin razılıq əldə olunub
Sonda “AzerGold”-un nümayəndələri Universitetin Geologiya və Coğrafiya fakültələrində olub, Faydalı qazıntılar muzeyini ziyarət ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər