
Bu sözləri “Girne Amerikan” Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. Qeyd edib ki, universitet Vaşinqton, İngiltərə, Honkonq, İstanbul, Kişinyov və Kiprdə filialları olan böyük korporasiyadır. Azərbaycandan bu universitetdə 200-dək tələbə, bakalavr, magistratura və doktarantura pilləsində təhsil alır. Eyni zamanda universitetdə 15-ə yaxın azərbaycanlı professor-müəllim heyəti də çalışır. Hər il Azərbaycandan 200-ə yaxın təhsil işçisi bu universitetdə təcrübə keçir.
O.Həsənoğlu vurğulayıb ki, hazırda universitetdə güzəştli təhsil alan azərbaycanlı tələbələr də var və bundan sonra da soydaşlarımıza müəyyən güzəştli təhsil proqramları təklif olunacaq.
Tehsil-press.az