Xocalı faciəsi - unudulmaz qan yaddaşımız

Xocalı faciəsi - unudulmaz qan yaddaşımız AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixçiləri ilk ərazi təşkilatının təşəbbüsü ilə “Xocalı unudulmaz qan yaddaşımızdır” adlı tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Tədbirdə YAP Azərbaycan tarixçiləri ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova Xocalı qırğınının dəhşətlərindən danışıb. O, qanlı hadisə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Yeni Azərbaycan Partiyası üzvlərinin fəaliyyətini qeyd edib.
Tədbirdə Arxeologiya elmi fond şöbəsinin müdiri, dosent Nasir Quluzadənin “Muzeyin Xocalı arxeoloji kolleksiyası”, Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi Aygün Məmmədovanın “İşğal olunmuş ərazilərdə aşkarlanan numizmatik tapıntılar”, Elmi kütləvi iş şöbəsinin böyük elmi işçisi Əli Fərhadovun “Tolerantlığa gedən yol”, Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirovanın “Xocalı - Azərbaycan qadınlarının faciəsi” mövzusunda məruzələri dinlənilib.
Sonra Xocalı faciəsinə həsr olunmuş “Günahsızlar” filmi nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər