Fransa, Britaniya və Almaniya İrana yardım etdi

Fransa, Britaniya və Almaniya İrana yardım etdi Tehran koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də Almaniya, Böyük Britaniya və Fransadan yardım alıb. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
“Bu gün bizim ölkəyə Almaniya, Böyük Britaniya və Fransa tərəfidən ayrılmış yardım çatdı”, - “RT” Musəvinin sözlərini sitat gətirir.
İran XİN-in rəsmi nümayəndəsi göstərilən humanitar yardıma görə təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər