İlahiyyat İnstitutu Qarabağ həqiqətlərinin dünyada təbliğinə dair seminar təşkil edəcək

İlahiyyat İnstitutu Qarabağ həqiqətlərinin dünyada təbliğinə dair seminar təşkil edəcək Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) martın 11-də “Qarabağ həqiqətlərinin dünyada təbliğində gənclərin rolu” mövzusunda seminar təşkil olunacaq.
Seminarda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev təqdimatla çıxış edəcək.
Xatırladaq ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər