Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Ali tədris müəssisəsi bu səpkidə tələbələrin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər silsiləsini davam etdirir.
İnstitutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli xarakterli proqramlar da təşkil edilir.
Tədbirlər çərçivəsində tələbələr üçün “Həyat gözəldir” filmi nümayiş olunub. Film İkinci Dünya müharibəsi dövründə həyat yoldaşı və oğlu ilə birlikdə yəhudi düşərgələrinə sürgün edilən atanın övladını qorumaq üçün göstərdiyi fədakarlıqdan bəhs edir.
Film 1998-ci il Kann festivalında mükafat qazanıb. 1999-cu ildə 7 nominasiya üzrə Oskar mükafatına namizəd olub, “Ən yaxşı xarici film”, “Ən yaxşı aktyor” və “Ən yaxşı musiqi” nominasiyalarında Oskar mükafatına layiq görülüb.
Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə töhfə verməkdir.

Aİİ-nin Mətbuat Xidməti