“Səssiz filmim: mən və aynam” mövzusunda elmi seminar təşkil olunub

“Səssiz filmim: mən və aynam” mövzusunda elmi seminar təşkil olunub Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Səssiz filmim: mən və aynam" mövzusunda seminar keçirib.
Tədris şöbəsinin müdiri Zərifə Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməsi ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını söyləyib. Bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlarda mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir.
Xəzər Universitetinin psixologiya departamentinin koordinatoru Mələk Kərimova bildirib ki, seminarın məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onlara özləri və ətraf mühitlə əlaqələrində rol oynayan amilləri şərh etmək, şəxsin səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir etdiyini göstərməkdir.
Seminarda insan psixologiyasının “Daxili mən-özümlə söhbətin keyfiyyəti”, “Düşüncə-duyğu-davranışlarım”, “İstək və seçimlərim”, “Fürsətlərim və potensialım”, “Kəşf edilmiş mənlik - daxili sevgidən bəşəri sevgiyə doğru”, “Daxili səssizlik və yeni təcrübələrə səyahət” kimi əsas məqamları şərh olunub.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər