Hicran Hüseynova vəzifədən azad edildi - Sərəncam

Hicran Hüseynova vəzifədən azad edildi - Sərəncam Prezident İlham Əliyev Hicran Hüseynova ilə bağlı sərəncam imzalayıb.
Sərəncamla Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, H.Hüseynova Prezidentin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi.
Bir müddət əvvəl isə H.Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər