Fransada koronavirusa yoluxanların sayı 2,8 min nəfəri keçib

Fransada koronavirusa yoluxanların sayı 2,8 min nəfəri keçib Fransada sutka ərzində koronavirus xəstələrinin sayı təxminən 600 artaraq 2876 nəfərə çatıb, qurbanların sayı 60-ı keçib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumatda deyilir: "Fransada 12 Mart 2020 üçün olan son məlumatlara görə, 2876 xəstələnmə hadisəsi təsdiq edilib, 129 nəfərin vəziyyəti ağırdır. 61 nəfər həlak olub".
Qeyd edək ki, daha əvvəl 2281 xəstələnən və 48 ölən barədə məlumat verilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər