Hubeyde koronavirus qurbanlarının sayı 1310-a çatıb

Hubeyde koronavirus qurbanlarının sayı 1310-a çatıb Çinin Hubey vilayətində yeni koronavirusun yayılması nəticəsində xəstələrin sayı 48,2 min nəfəri keçib, onlardan 1310 nəfər həlak olub, 3441 nəfər sağalıb.
Bu barədə bölgənin Gigiyena və sağlamlıq komitəsindən bildirilib.
Yenilənmiş məlumatlara görə, rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,7% təşkil edib (3,2% bir gün əvvəl).
Fevralın 12-də səhər saatlarında regional hakimiyyət orqanları 33,3 mindən çox xəstə, 1068 həlak olan və 2639 sağalanlar barədə məlumat verib.
Komitənin yaydığı açıqlamada qeyd olunub ki, xəstəliyin yayılmasının əsas mənbəyi hesab olunan Hubeyin inzibati mərkəzində Vuhan şəhərində yoluxanların sayı 32.9 min nəfəri keçib.

Tehsil-press.az

Oxşar xəbərlər