Bakı Şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.
Qeyd olunan dövr ərzində müraciətlər Təhsil İdarəsinin Məlumat sorğu mərkəzi (012 599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Tehsil-press.az

Oxşar xəbərlər