Çilidə referendum ertələndi

Çilidə referendum ertələndi Çilidə aprelin 26-da keçirilməsi planlaşdırılan konstitusiya referendumu koronavirus səbəbindən ertələnib. Bu barədə senatın spikeri Adirana Munyos məlumat verib.
Onun sözlərinə görə, referendum oktyabrın 25-də keçiriləcək.
Qeyd edək ki, indiyədək Çilidə 342 koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər