
Daxili İşlər Nazirliyinə Konyanın Beyşehir rayonunda karantina qaydalarına əməl etməyən şəxslərin olduğu barədə məlumat daxil olub.
Polis küçədə yaxaladığı cütlüyə 6,300 tl (təxminən 1,630 AZN) pul cəzası verib. Onlara yenə küçəyə çıxdıqları təqdirdə Cinayət Məcəlləsinin 195-ci maddəsinə uyğun olaraq həbs olunacaqları ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, bu gündən etibarən Türkiyədə 65 yaşdan yuxarı vətəndaşların, xroniki xəstələrin küçəyə çıxmasına qadağa qoyulub.
Tehsil-press.az