
Bu addım Azərbaycan Kooperasiya Univeritetinin rektoru, Millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə atılıb. Eldar Quliyev dünyanı, bəşəriyyəti qorxuya salan bu böyük və ciddi təhlükə ilə Azərbaycanın mübarizəsi üçün dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hər kəsin dəstək olmasının vacibliyini vurğulayıb. O, bütün həmkarlarını, ali təhsil ocaqlarının rektorlarını bu təşəbbüsə quşulmağa, vətəndaş kimi maddi və mənəvi dəstək olmağa dəvət edib.
Eldar Quliyev həmçinin, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını Azərbaycan dövlətinin koronavirus infeksiyasının qarşısının alınması istiqmətində gördüyü mübarizə tədbirlərinə dəstək olmağa, dövlətin virusla mübarizə ilə bağlı qəbul etdiyi qərarlara intizamla əməl etməyə çağırıb. Doğma vətənimizin, xalqımızın bu amansız bəlaya düçar olmaması üçün hər bir soydaşımız öz şəxsi töhvəsini verəməli, cəmiyyətimizin mənafeylərinə, dövlətimizin və millətimizin həm siyasi, həm də fiziki təhlükəsizliyinə və sağlamlığına xidmət edən çağırışlara əməl etməlidir.
Tehsil-press.az