Azərbaycan Kooperasiya Universiteti “Mövlanə Mübadilə Proqramı”na qoşulmuşdur

Azərbaycan Kooperasiya Universiteti “Mövlanə Mübadilə Proqramı”na qoşulmuşdur Azərbaycan Kooperasiya Universiteti “Mövlanə Mübadilə Proqramı”na qoşulmuşdur.
Beynəlxalq əlaqələrini genişləndirən, tədris prosesinin idarə olunmasını təkmilləşdirmək üçün ciddi strategiyalar üzərində işləyən Azərbaycan Kooperasiya Universiteti qardaş Türkiyənin müəllifi olduğu və Türkiyənin bir çox nüfuzlu universitetlərini özündə birləşdirən “Mövlanə Mübadilə Proqramı”na qoşulub.
“Mövlanə Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (Türkiye Yüksek Öğretim Kurulu-YÖK) tərəfindən yaradılan və Türkiyə Respublikasının maliyyələşdirdiyi proqramdır. Proqramın məqsədi Türkiyənin ali təhsil müəssisələri ilə bölgə və dünya ölkələrinin ali təhsil ocaqları arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir. Beləki, proqram vasitəsilə tələbələr xaricdə bir və yaxud iki semestr təhsil ala, akademik heyət isə bir həftədan üç aya qədər tədris prosesində iştirak etməklə proqramdan faydalana bilərlər.

AKU-nun Mtbuat Xidmti

Oxşar xəbərlər