Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib

Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib Universitetin mətbuat xidmətinin məlumatına görə, 25 aprel 2019-ci il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi Şurasının növbəti iclası keçirilib. Şuraya sədrlik edən universitetin rektoru, Millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edib. O, nitqində bildirib ki, "Müasir dövrdə respublikamızda ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində atılan istənilən innovativ və müasir addımı Azərbaycan Kooperasiya Universitetində də tətbiq etmək əsas məqsədimizdir. Bu gün universitetimiz öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmaqdadır. Tələbələrimizin intellektual səviyyədə inkişafı, onların yüksək ali təhsil almaları üçün şəraitin yaradılması fəaliyyətimizin prioritet istiqamətidir. Həmçinin universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin texnoloji yeniliklərlə tədrisi mənimsəməsi bizim üçün olduqca önəmli məsələdir".
Sonra iclas Şura üzvləri tərəfindən qəbul olunan gündəlik üzrə davam etdirildi. Beləki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Azərbaycan iqtisadiyyatı XXI əsrdə: problemlər və perspektivlər" mövzusunda Respublika elmi-praktiki konfransına hazırlıq barədə Elm və innovasiyalar üzrə prorektor Bəyalı Ataşov, Dövlət attestasiyasına, yaz imtahan sessiyasına hazırlıq və buraxılış kurslarında istehsalat təcrübəsinin gedişi barədə Tədris işləri üzrə prorektor Fikrət Quliyev, "Karyera mərkəzi", "Ekologiya, Kitab və ART" klublarının fəaliyyəti haqqında Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor Aygün Quliyeva məruzə ilə çıxış etdilər.

AKU-nun Mətbuat Xidməti


Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilibAzərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilib



Oxşar xəbərlər