Hansı universitet daha keyfiyyətli təhsil verir?

Hansı universitet daha keyfiyyətli təhsil verir? Dünyanın ixtisas hazırlığı üzrə ən effektiv universitetləri
Qlobal dünyanın trendləri universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi mühüm vəzifələr qoyur. Gəncləri artıq konkret ali təhsil müəssisəsinin diplomu deyil, daha çox keyfiyyətli təhsil maraqlandırır. Elə qlobal əmək bazarında öz korrektələrini edən işəgötürənlər də bunu tələb edir. Beləliklə, hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 10-cu reytinqi (QS World University Rankings by Subject 2020) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün çox qiymətli resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.
QS-in 2020-ci ilin reytinqinə dünyanın 83 ölkəsindən 1368 ali məktəb cəlb olunub. Tədqiqatda ali məktəblərin 5 istiqamətdə 48 fənn üzrə mövqeyi əks olunub. Tədqiqat gedişində bütün dünya üzrə 95 min alimin bir milyondan artıq rəyi nəzərə alınıb. 22 milyon elmi məqalə və onlardan 150 milyon sitatgətirilmə təhlil olunub. Bundan əlavə, ali məktəblərlə bağlı 45 min işəgötürən arasında sorğu keçirilib. Tədris olunan hər bir fənn üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri, elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.
İşəgötürənlərdən məzunların işə qəbulu üçün əla hesab etdikləri 10-a qədər yerli və 30 əcnəbi ali məktəbin müəyyənləşdirilməsi xahiş olunub. Onlardan həm də işə götürməyə üstünlük verdikləri fənlərin müəyyənləşdirmələri istənilib.
Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.
Reytinq universitetin təhsil sahəsində güclü tərəflərini və akademik birliyin, işəgötürənlərin sorğularına və araşdırmaların təsirinin qiymətləndirilməsinə əsaslanan elmi araşdırmaları əks etdirir.
Massaçusets Texnologiya İnstitutu hər hansı digər ali təhsil müəssisəsindən daha çox- 12 fənn üzrə dünya lideridir. Harvard Universiteti 11, Oksford Universiteti isə 8 fənn üzrə birincidir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti beş fənn sahəsindən dördü, 13 ayrı-ayrı fənn istiqaməti üzrə dünyanın top-100 ən güclü ali məktəbi arasına daxil olaraq, tarix boyu ən yaxşı göstəriciyə nail olub.
Reytinqin əsas nəticələri:
* ABŞ-ın ali təhsil sistemi geriləmə vəziyyətindədir. Amerika universitetləri tərəfindən təklif olunan ixtisas istiqamətlərinə görə ilk top-50-likdə yer alan proqramların sayı 2018-ci ildəki 806-dan 2020-ci ildə 769-a düşüb;
* Amerika ali təhsil müəssisələri tərəfindən təklif olunan top-10, top-100 və top-200-lükdə yer alan proqramların sayında da azalmalar var;
* Birləşmiş Krallığın universitet proqramları illik yaxşılaşma səviyyəsini (238-dən 306-ya) artırıb;
* İlk dəfə olaraq Çinin ən yaxşı 50 proqramı top-100-lükdə yer alıb, baxmayaraq ki, universitetlərin inkişaf tempi zəifləyir;
* Sinqapur Milli Universitetinin 8 proqramı top-10-luğa düşüb;
* Hindistan universitetləri orta inkişaf səviyyəsini qeyd etməyə başlayıb, 53 proqram yaxşılaşıb və cəmi 29 proqram azalıb. Eyni zamanda top-50 və top-100-lükdə yer alan Hindistan universitetlərinin sayında da artım var;
* Rusiyanın ali təhsil sistemi təkmilləşməkdə davam edir, top-50 və top-100 -lükdə yer alan proqramların sayı artır;
* Latın Amerikasının ən yaxşı işləyən ali təhsil sistemi Kolumbiyadır, qitənin qabaqcıl ali məktəbləri Universidad Nacional Autonoma de Mexico (top-50-likdə 12 ən yaxşı proqram) və Braziliyanın Universidade de Sao PauloUniversitetidir (top-50 -likdə 11 ən yaxşı proqram).

Tehsil-press.az

Oxşar xəbərlər