ABŞ-ın məşhur göydələni koronavirusla mübarizə əlaməti olaraq işıqlandırılıb

ABŞ-ın məşhur göydələni koronavirusla mübarizə əlaməti olaraq işıqlandırılıb Dünyanın ən hündür göydələnlərindən olan və Nyu-Yorkda yerləşən 102 mərtəbəli “Empire State Building” ağ və qırmızı rənglərlə işıqlandırılıb.
Bu addım koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı həmrəylik əlaməti olaraq atılıb.
Göydələn xəstəliklə mübarizə davam edənədək bu şəkildə işıqlandırılacaq.
Qeyd edək ki, 1931-ci ildə ucaldılan “Empire State Building”in hündürlüyü 443 metr təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər