
Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizin biznes strukturları fövqəladə həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı şirkət və sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılır.
Ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşımız - Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Fonda 2 000 000 manat vəsait köçürüb.
Xatırladırıq ki, Koronavirusla Mübarizə Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.
Tehsil-press.az