UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir

UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir “Webometrics” reytinq agentliyinin iyul ayında açıqladığı “Google” akademik istinadlarına görə ən yaxşı universitetlər” şəffaflıq reytinqində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkəmiz üzrə lider olub. Reytinqə görə, “Google Scholar” platformasında UNEC alimlərinin elmi məqalələrinə 1977 istinad edilib.
Qeyd edək ki, UNEC reytinqdəki mövqeyinə görə, “Dakota State University”, “Colorado State University Pueblo”, “Framingham State University”, “Lindenwood University”, “Nicholls State University” kimi Amerika və “University of London”, “University of Vechta”, “University of Suffolk”, “Turku University of Applied Sciences” və digər Avropa universitetlərini qabaqlayıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər