İsrail koronavirus peyvəndinin sınaqlarına başladı

İsrail koronavirus peyvəndinin sınaqlarına başladı İsrail Bioloji Tədqiqatlar İnstitutu koronavirus peyvəndinin prototipini gəmiricilərdə sınaqdan keçirəcək.
Baş Nazir Benyamin Netanyahu Ziona kəndindəki İsrail Bioloji Tədqiqatlar İnstitutuna fevralda koronavirus pandemiyası ilə mübarizəyə qoşulmaq göstərişi verib.
İnstitutun direktoru Şmuel Şapira bir peyvənd prototipinin hazırlanmasında əhəmiyyətli irəliləyişə imza atdıqlarını və institutun heyvanlar üzərində sınaqlara başlamaq üçün bir model hazırladığını bildirib.
Qeyd edək ki, İsrailin Bioloji Tədqiqatlar İnstitutunun bioloji və kimyəvi silah layihələri üzərində işlədiyi güman edilir. İsrail tərəfi bunu nə təsdiq, nə də ki, təkzib edir.

Tehsil-press.az


Oxşar xəbərlər