Fransaya və dünya mədəniyyətinə virtual gəzinti imkanı

Fransaya və dünya mədəniyyətinə virtual gəzinti imkanı UNESCO və dünyanın məşhur Konqres Kitabxanasının təşəbbüsü ilə 2007-ci ildə fəaliyyətə başlayan Dünya Rəqəmsal Kitabxanası dünyanın ən böyük tarixi kolleksiyalarını yüksək keyfiyyətdə hər kəsə pulsuz olaraq onlayn şəkildə təqdim edir.
Bu barədə Tehsil-press.az-a Azərbaycan Dillər Universitetindən məlumat verilib.
Dünyanın mədəni irsini təmsil edən 15 mindən çox sənəd, nadir və qiymətli əsərlər, kitablar, jurnallar, xəritələr, filmlər və hətta səs yazıları bu saytda mövcuddur.
Sayt 7 dildə fəaliyyət göstərir (fransız, ingilis, rus və digər dillərdə) və giriş sərbəstdir. Beləliklə, #evdəqal aksiyasını davam etdirməklə Fransaya və dünya mədəniyyətinə virtual gəzinti edə bilərik: Luvr muzeyi, Versal sarayı, Orse muzeyi, Dünya rəqəmsal kitabxanası.

Tehsil-press.az

Oxşar xəbərlər