UNEC-də tədbir: Təcrübə danışır - rəqəmsal dünya

UNEC-də tədbir: Təcrübə danışır - rəqəmsal dünya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində “Təcrübə danışır - rəqəmsal dünya” mövzusunda tədbir keçirilib.
“Təcrübə danışır” platformasının əsas məqsədi tələbələrin universitet həyatında öyrəndikləri akademik və nəzəri bilikləri real praktikaya ötürməkdir.
Tədbirdə “Paşa Bank”, “Code Academy”, “Benish Group”, “Access Bank”, “PreMark” şirkətlərinin aparıcı mütəxəssisləri “Banklarda onlayn satış”, “Ağıllı düşünmə tərzi”, “Rəqəmsal marketinqdə mikro anlar”, “Uğurlu təqdimat bacarığı”, “İstehlakçı davranışlarının təkamülü” mövzularında çıxış ediblər.
Sonda tədbir iştirakçılarına sertifikat və sponsorlar tərəfindən hədiyyələr təqdim olunub.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər