AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib

AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər onlayn tədris olunur.
Martın 16-dan etibarən AzMİU-da başlanmış onlayn tədrisin əhatə dairəsi ötən günlər ərzində bir az da genişlənib. Aprelin 3-dən başlayaraq universitetin magistratura pilləsinin tələbələri distant təhsilə cəlb olunub. “Zoom call” proqramı ilə tədris olunan distant dərslər bütün fakültə və ixtisaslar üzrə təhsil alan magistrantları əhatə edir. Magistratura mərkəzinin direktoru Rövşən Səmədovdan aldığımız məlumata görə, bu günə qədər 8 dərs keçirilib, növbəti günlərdə dərslərin sayı artırılaraq bütün qrupları əhatə edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər