ABŞ-da koronavirus qurbanlarının sayına görə 3-cü antirekord

ABŞ-da koronavirus qurbanlarının sayına görə 3-cü antirekord ABŞ-da son sutka ərzində koronavirusdan rekord sayda insan ölüb. Belə ki, ölkədə 1 973 nəfər COVID-19-un qurbanı olub. Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Ümumilikdə ABŞ-da indiyədək 430 376 koronavirusa yoluxma halı qeydə alınıb. 14 739 nəfər vəfat edib, 23 707 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.
Qeyd edək ki, daha əvvəlki antirekordlar aprelin 7-də (1,7 min ölü) və aprelin 3-də (1,4 min ölü) qeydə alınmışdı.

Tehsil-press.az




Oxşar xəbərlər