
Beləliklə, ABŞ-da son 24 saat ərzində 1169 koronaviruslu xəstə dünyasını dəyişib.
Bu, bir ölkədə koronavirusdan ölənlərin sayına görə rekord göstəricidir. Daha əvvəlki “rekord” İtaliyaya məxsus idi. Burada martın 27-də 969 ölüm halı qeydə alınmışdı.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 900 mindən çox insan bu virusa yoluxub, 45 mindən çox pasiyent dünyasını dəyişib.
Tehsil-press.az