
Ağ Ev rəhbərinin sözlərinə görə, ÜST dünya ictimaiyyətinə koronavirus haqqında vaxtında düzgün məlumat verməyib.
“ÜST bu əsas borcun yerinə yetirilməsinin öhdəsindən gələ bilmədi və cavab verməlidir. Bütün onilliklərdən sonra vaxt gəldi”, - Tramp deyib.
Qeyd edək ki, daha əvvəl ÜST-ün koronavirus pandemiyası ilə əlaqədar bəzi çağırışlara gecikdiyini bildirən Tramp təşkilatın ABŞ-ın Çinə tətbiq etmək istədiyi səyahət qadağasına da qarşı çıxdığını xatırlatmışdı. O, həmçinin ÜST-ü “Çin yönümlü” fəaliyyət göstərməkdə günahlandırmışdı.
Tehsil-press.az