Alsunun biznesmen əri məhkəməyə verildi

Alsunun biznesmen əri məhkəməyə verildi Moskva şəhərinin Əmlak Departamenti Rusiyanın Əməkdar artisti, müğənni Alsunun həyat yoldaşı – 42 yaşlı biznesmen Yan Abramovu məhkəməyə verib.
Tehsil-press.az “Mash” Teleqram kanalına istinadən xəbər verir ki, iradlar sahibkara məxsus "Tat-Plaza" şirkətinə aiddir (kreditlərin verilməsi üzrə ixtisaslaşır). Şirkət Moskvanın mərkəzində Böyük Tatar küçəsindəki böyük evin kirayəsi üçün paytaxtın Əmlak Departamentinə 226 min rubl borcu var.
İndi Alsunun həyat yoldaşı bocru məhkəmə yolu ilə ödəməli olacaq.
Qeyd edək ki, Alsu və Yan Abramov 2006-cı ildə ailə həyatı qurublar. Cütlüyün üç övladı var – iki qız və bir oğlan. 2006-cı il sentyabrın 1-də Safina, 2008-ci il aprelin 29-da Mikella, 2016-cı ildə isə Rafael anadan olub.

Tehsil-press.az

Oxşar xəbərlər