Ərdoğan: "Ramazan bayramını keçirəcəyik"

Ərdoğan: "Ramazan bayramında cüt bayram keçirəcəyimizi ümid edirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sabah” qəzetinin yazarı Şəbnəm Bursalının köşəsində yer alan bilgiyə görə, Ərdoğan qarşıdakı həftədə ölkəsinin əhəmiyyətli bir keçid yaşayacağını dilə gətirib: "Prezident Ərdoğana pandemiya ilə mübarizə işlərinin necə getdiyini sual verdim. Ən başından bəri son dərəcə şəffaf və professional şəkildə görülən tədbir və verilən qərarların nəticələrini görməyə başladıqlarını söylədi. Bu və gələn həftə tətbiq ediləcək küçəyə çıxma qadağası ilə birlikdə pandemiyada əhəmiyyətli mərhələnin geridə qalacağını da əlavə etdi”.
Son rəqəmlərə görə, Türkiyədə koronavirusa 86 min 306 yoluxma, 2 min 17 ölüm faktı qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər