Trampdan müsəlmanlara Ramazan mesajı

Trampdan müsəlmanlara Ramazan mesajı ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarına müqəddəs Ramazan ayı münasibətilə təbrik mesajı yollayıb.
Ağ Ev rəhbəri həm ABŞ-dakı, həm də dünyanın digər ölkələrindəki müsəlmanlara bərəkətli və hüzurlu bir ay arzulayıb. Ramazanın yenilənmə və inancların möhkəmlənməsi üçün fürsət olduğunu bildirən Tramp deyib:
“Oruc tutub Quran oxumaq, köməyə ehtiyacı olanlara yardım etmək İslam inancının önə çıxardığı sülh, nəzakət, digərlərinə qarşı sevgi və hörmət kimi qlobal dəyərlərlə sıx bağlıdır.
Həm ABŞ-dakı, həm də bütün dünyadakı müsəlmanlara bərəkətli və hüzurlu Ramazan diləyirəm. Ramazan mübarək olsun”.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayır.

Tehsil-press.az

Oxşar xəbərlər