ADPU-nun Şamaxı filialı “Evdə qal!” sosial aksiyasına qoşuldu

ADPU-nun Şamaxı filialı “Evdə qal!” sosial aksiyasına qoşuldu Koronavirus pandemiyasının ölkəmizdə daha geniş ərazidə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi şəraitində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı tərəfindən aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, əlilliyi olan uşaqların ailələrinə, şəhid ailəsi üzvlərinə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə sosial aksiya keçirilib. Aksiya çərçivəsində Şəhriyar qəsəbəsində bu qəbildən olan 24 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, 2 ailəyə isə maddi yardım göstərilib.
Aksiyada filialın direktoru, dosent Tünzalə Yusifova, direktor müavinləri Şasəddin Mikayılov, Şəlalə Seyidova, Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov, filialın əməkdaşı Sevda Pur-Rza və başqaları ali məktəbin kollektivi tərəfindən hazırlanmış sovqatları ailələrə paylayıblar.
Ailələrlə görüşlərdə filialın direktoru Tünzalə Yusifova xalqın rifahı naminə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə reallaşdırılan sosial layihələrdən bəhs edib. Qeyd olunub ki, filial tərəfindən həyata keçirilən işlər də dövlət başçısının vətəndaşlara qayğısının nəticəsidir.

Tehsil-press.az

Oxşar xəbərlər