ADPU-nun Ağcabədi Filialına yeni təyin edilən direktor kollektivə təqdim olunub

ADPU-nun Ağcabədi Filialına yeni təyin edilən direktor kollektivə təqdim olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialına yeni təyin edilmiş direktor, dosent Mobil Kamil oğlu Məcidov kollektivə təqdim olunub.
Təqdimatda ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, filialın sabiq direktoru, dosent Mətanət Fərzəliyeva və filialın professor-müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə dosent Mətanət Fərzəliyeva açıb. O, öz çıxışında ADPU-nun Ağcabədi Filialının tarixindən, onun son illər əldə etdiyi uğurlardan danşıb. Sonra sözü ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanova verib.
Dosent Eldar Aslanov ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və öz adından kollektivi salamlayıb, filialın son illər əldə etdiyi uğurlu nəticələrə görə sabiq direktor, dosent Mətanət Fərzəliyevaya və kollektivə öz təşəkkürünü bildirib. ADPU-nun Ağcabədi Filialına yeni təyin olunan direktor, dosent Mobil Məcidovu kollektivə təqdim edib, onun haqqında məlumat verib.
Sonra yeni təyin olunan direktor, dosent Mobil Məcidov çıxış edərək Təhsil naziri Ceyhun Bayramova və ADPU-nun rektoru, professor Cəfər Cəfərova ona göstərdikləri etimada görə təşəkkür edib, bu etimadı doğruldaraq filialın daha yüksək naliyyətlər əldə edəcəyini bildirib.
Daha sonra Ağcabədi RİH-in başçısının müavini Naibə Mustafayeva çıxış edərək ADPU-nun Ağcabədi Filialının rayonun içtimai-siyasi həyatında fəal rol oynadığını vurğulayıb və yeni təyin olunmuş direktor, dosent Mobil Məcidovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov, Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov, filialın baş müəllimi Əlizadə Nəcəfov çıxış edərək, filialın son illər əldə etdiyi nailiyyətlərdən danışıblar, yeni təyin olunmuş direktor, dosent Mobil Məcidovu təbrik edərək ona uğurlar arzulayıblar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi



ADPU-nun Ağcabədi Filialına yeni təyin edilən direktor kollektivə təqdim olunub

ADPU-nun Ağcabədi Filialına yeni təyin edilən direktor kollektivə təqdim olunub



Oxşar xəbərlər