ADPU-nun Şamaxı filialı: İmtahan Qərargahına heç bir şikayət daxil olmayıb

ADPU-nun Şamaxı filialı: İmtahan Qərargahına heç bir şikayət daxil olmayıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında payız semestrinin imtahan sessiyası keçirilir. ADPU-dan AZƏRTAC-a bildirilib ki, sessiyada 5 ixtisas üzrə 23 qrupda 520 tələbə iştirak edir. Keçirilən imtahanların sayı 130-dur. Müşahidə kameraları quraşdırılan xüsusi auditoriyalarda yazılı formada keçirilən imtahanların nəticələri həmin gün elan edilir.
Sessiya zamanı kitabxananın fasiləsiz işləməsi, internetlə təmin olunması diqqət mərkəzində saxlanılır. Şəffaflığı təmin etmək məqsədilə media nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına şərait yaradılıb. İmtahan sessiyası zamanı hər gün “Açıq qapı” günüdür.
Tələbələr imtahan nəticələrinin qiymətləndirilməsindən narazı qaldıqda üç gün ərzində filialın Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Şikayətlərin araşdırılmasında valideynlərin də iştirakına şərait yaradılır.
Həmçinin filialda İmtahan Qərargahı yaradılıb. Bu günədək İmtahan Qərargahına heç bir şikayət daxil olmayıb. İctimai Şuranın üzvlərinin də imtahan prosesini izləmələri üçün şərait yaradılıb.
İmtahan sessiyası fevralın 2-dək davam edəcək.

ADPU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər