Şimali Koreyanın Dövlət Radiosu Kim Çen Indən danışdı

Şimali Koreyanın Dövlət Radiosu Kim Çen Indən danışdı Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın xəstəliyi və ölümü ilə bağlı şaiyələrin fonunda Dövlət Radiosu ölkə başçısının aktiv fəaliyyətindən bəhs edib. Bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi xəbər verib.
“Yoldaş Kim Çen In Samçjiyon şəhərinin yaradılmasında ürəkdən kömək edən fəhlə və əməkdaşlara minnətdarlığını bildirib”, - radiostansiyanın məlumatında deyilir. Kim Çen Inın minnətdarlığını məhz hansı formada etdiyi dəqiqləşdirilmir.
Qeyd edək ki, Samçjiyon şəhərinin tikintisi ötən ilin sonlarında yekunlaşıb. Mərasimdə Şimali Koreya lideri şəxsən özü iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər