Bu ölkə koronavirusa qarşı qələbəsini elan etdi

Bu ölkə koronavirusa qarşı qələbəsini elan etdi Yeni Zelandiyada martın 25-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi bu gecədən etibarən başa çatacaq.
Bu barədə ölkənin Baş Naziri Jacinda Ardern bildirib. O qeyd edib ki, ölkədə bazar günü sadəcə bir yoluxma faktı qeydə alınıb. Ümumilikdə 1469 nəfərin yoluxduğu xəstəlikdən 19 nəfər dünyasını dəyişib.
Ardern ölkənin sərhədlərinin hələ bir müddət bağlı qalacağını bildirib:
“Son günlər yoluxma sayının azalması yeni yoluxmanın olmayacağı kimi başa düşülməməlidir. Kollektiv səylərimizlə başımıza gələ biləcək ən böyük bədbəxtliyin qarşısını aldıq və bu mübarizəni qazandıq”.

Tehsil-press.az

Oxşar xəbərlər