“Bu insan ağıllanmır” - Ebru Gündeş qalmaqalı...

“Bu insan ağıllanmır” - Ebru Gündeş qalmaqalı... Türkiyənin iki məşhur müğənnisi Demet Akalınla Serdar Ortaç arasında yaranan gərginlik yenidən artmağa başlayıb.
Buna səbəb Serdarın müsahibəsində həmkarı Ebru Gündeşlə küsülü olmağının səbəbkarı kimi Demeti göstərməsi olub:
“Beş il əvvəl Demetlə söhbət edirdik. Həmin gün Ebrunun həyat yoldaşı Rza Zərrab həbs olunmuşdu. Demet dedi ki, Ebruya zəng vurub halını soruşmusan? Mən də cavab verdim ki, bu gün həbs olunub. Nə olduğunu gözləyim, sabah zəng vuraram. Bir neçə gün sonra öyrəndim ki, Demet Ebruya deyib ki, Rza tutulub, mən niyə Ebruya zəng vurmalıyam? Ebru həmin gündən sonra üzümə belə baxmır”.
Akalın iddialara tvitter səhifəsində cavab verib. O, həmkarını sərt bir şəkildə tənqid edib: “Maraqlıdır, bu insan ağıllanmır. Ramazan günlərində Ortaça bütün qəlbimlə ağıl sağlığı diləyirəm. Ebru Gündeş sözlə deyil, ürəyi ilə hərəkət edən dostumdur”.
Sözügedən açıqlamadan sonra S. Ortaç Demetdən üzr istəyib: “Müsahibəmi tam oxuyun. Ebru ilə aramı Demet pozmayıb. Düşünmədən danışmışam, üzr istəyirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər