Dubaydan 149 Azərbaycan vətəndaşı gətirildi

Dubaydan 149 Azərbaycan vətəndaşı gətirildi Azərbaycan hökuməti COVID-19 pandemiyası dövründə xaricdə qalan vətəndaşlarımızın vətənə qayıdışının təmin olunmasını davam etdirir.
Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında da hava əlaqəsi müvəqqəti dayandırıldığından 149 Azərbaycan vətəndaşının Dubaydan ölkəmizə gətirilməsi təşkil olunub. Azərbaycana gələn bütün sərnişinlər müvafiq sanitar-epidemioloji qaydalara uyğun olaraq karantinə yerləşdirilib.
COVID-19 ilə əlaqədar dünyada tətbiq edilən xüsusi karantin rejimi dövründə xarici ölkələrdən vətənə qayıda bilməyən vətəndaşlarımızın Azərbaycana gətirilməsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edilib.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşları koronavirus infeksiyasına yoluxma təhlükəsinin yüksək olduğu dövrdə Operativ Qərargahın qaydalarına və təlimatlarına riayət etməyə, hazırda olduqları ölkələrin hava limanlarında toplaşmamağa çağırır, növbəti reyslər haqqında məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən almağı tövsiyə edir.

Tehsil-press.az

Oxşar xəbərlər