Regionlar üzrə müddətli müqavilə ilə çalışan müəllimlərlə onlayn müsahibələrə start verilir

Regionlar üzrə müddətli müqavilə ilə çalışan müəllimlərlə onlayn müsahibələrə start verilir Mayın 7-dən digər şəhər və rayonlar üzrə ümumtəhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr keçiriləcək.
Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin texniki problemlərə görə onlayn müsahibələrdə iştirakına şərait yaradılması ilə bağlı nazirliyin “Qaynar xətt”inə müraciətləri nəzərə alınaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq. Regionlar üzrə namizədlərin onlayn müsahibələrdə iştirakını təsdiq etməsi üçün son tarix mayın 7-i saat 00:00-dır.
Qeyd edək ki, ötən gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərlə onlayn müsahibələrin gedişini yaxından izləyib.
Üçüncü gündür davam edən müsahibələrdə 250-ə yaxın namizəd iştirak edib və hər hansı texniki problem yaranmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər