Azərbaycan Dillər Universiteti əməkdaşının yeni kitabı

Azərbaycan Dillər Universiteti əməkdaşının yeni kitabı Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Səfərlinin Xalq şairi Rəsul Rza yaradıcılığına həsr olunmuş “Məhəbbətə açılan könül” kitabı çapdan çıxıb.
Şair Dayandur Sevginin redaktorluğu ilə nəşr edilən kitabda müasir Azərbaycan sərbəst şeirinin yaradıcılarından olan, müstəqil poetik istiqamətin formalaşmasında ardıcıl, sistemli axtarışlar aparan Rəsul Rza haqqında müəllifin əhatəli elmi məqaləsi yer alıb.
Kitabın “Xalq şairi elmi tədqiqatlarda” adlı ikinci hissəsində Rəsul Rzanın həyat və yaradıcılığı tədqiqatçıların elmi baxış bucağında təqdim edilib.
“Rəsul Rza xatirələrdə” adlı hissədə isə şairlə bağlı kövrək fikirlər və xatirələr yer alıb. Müasirlərinin Nigar Rəfibəyli haqqında fikirləri “Rəsulun Nigarı” adlı hissədə verilib. Kitabın “Rəsmlər xoş xatirələrin əksi kimi” hissəsində isə Xalq şairinin ailəsi – anası, xanımı, övladları və şair dostları ilə səmimi fotoları əks etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər