
Videobağlantıya qoşulan universitetin rektoru Elçin Babayev Azərbaycan ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində ali məktəbdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Pandemiyanın ilk günlərindən ali təhsil ocağının tələbəyönümlü yanaşmaya üstünlük verdiyini vurğulayan rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün çevik tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu bildirib.
“Yeni tip rabitələr” mövzusunda təqdimatla çıxış edən Kamran Mahmudov molekullar, kimyəvi rabitə və onun təbiəti, molekulun əmələgəlmə mexanizmini izah edən atomun quruluş nəzəriyyəsi, katalizatorların təsirindən reaksiya sürətinin artması prosesi olan kataliz barəsində ətraflı məlumat verib. Mühazirədə, eyni zamanda, qeyri-kovalent qarşılıqlı təsirlərin (yeni tip rabitələr) sintez və katalizdə rolu müzakirə olunub, əsas diqqət bu rabitələrin fundamental əsaslarına yönəldilib.
“Microsoft Teams” platforması üzərindən baş tutan mühazirəni 100-ə yaxın iştirakçı dinləyib. Qarşılıqlı diskussiya şəraitində davam edən mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.
Tehsil-press.az