Mayın 20-si üçün teledərslərin cədvəli

Mayın 20-si üçün teledərslərin cədvəli “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 20-si üçün cədvəli müəyyənləşdirilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, fənlər üzrə mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Bütün sinifləri əhatə edən teledərslərdə mövzulara dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalından, “Facebook” səhifəsindən, videodərslər portalından, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər