Azərbaycan Texniki Universitetinin televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb

Azərbaycan Texniki Universitetinin televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb Azərbaycan Texniki Universitetinin (AzTU) televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb.
Videoçarxda onlayn imtahanların keçirilmə qaydaları barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, AzTU-da imtahanlar onlayn formada, şifahi üsulla keçiriləcək. Hər fənn üzrə 25 sual hazırlanaraq imtahan sessiyasına ən azı 15 gün qalmış tələbələrə təqdim olunub. Tələbə 25 sual arasından istədiyi 5 suala hazırlaşıb qiymət ala biləcək.
Videoçarxı https://www.youtube.com/watch?v=6N0mcgoFClM&feature=youtu.be linkində izləmək olar.

Tehsil-press.az

Oxşar xəbərlər