Cümhuriyyəti quranların varislərindən Azərbaycana təbrik - Video

Cümhuriyyəti quranların varislərindən Azərbaycana təbrik - Video Respublika günü ilə əlaqədar olaraq, Azərbaycan xalqını təbrik edənlər arasında cümhuriyyətin qurucularının varisləri də var.
Onlar dünyanın müxtəlif ölkələrindən ürək sözlərini çatdırıblar.
Görkəmli Azərbaycan diplomatı Ceyhun Hacıbəylinin Parisdə yaşayan nəvəsi Benjamin Hacıbəyli də təbriklərə qoşulub.
"Hamını salamlayıram. Mənim adım Benjamin Hacıbəylidir. Ceyhun Hacıbəylinin nəticəsi, Üzeyir Hacıbəyovun isə qardaşının nəvəsiyəm. Onların hər ikisinin Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasında xidmətləri olub. Ona görə də Hacıbəylilər ailəsinin adından sizi Azərbaycan Demokratik Cumhuriyyətinin 102-ci ili münasibəti ilə təbrik edir, sizə sülh və əminamanlıq arzu edirəm. Ümid edirəm ki, hələ çox bayramlar qeyd edəcəyik", - deyə Ceyhun Hacıbəylinin nəvəsi bildirib.



Tehsil-press.az

Oxşar xəbərlər